Bakıda 41 yaşlı kişi azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etdiyinə görə məsuliyyətə cəlb edilib.
LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə ay əvvəl baş verib.
İş üzrə zərərçəkmiş uşaq Səbail rayonunda yerləşən məktəblərdən birinin 11 yaşlı şagirdidir.
Hadisə Bakının mərkəzində - Xaqani küçəsində baş verib. Zərərçəkmişin atasının şikayəti əsasında təqsirləndirilən şəxs həbs edilib.
R.M. barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi cinayət işi başlanılıb. Ona Səbail Rayon Məhkəməsinin hökmü ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
R.M. barəsində cinayət işi açılandan sonra o, işdən də çıxarılıb.
R.M. vəzifəsindən azad olunanadək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Rəşad Əhmədzadənin sürücüsü olub. R.Əhmədzadə hazırda Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışır.