Rusiyada keçmiş nazir yaralandı, arvadı qətlə yetirildi

Rusiyada keçmiş nazir yaralandı, arvadı qətlə yetirildi
  • Hadisə

  • Rusiyanın Tuva vilayətinin keçmiş kənd təsərrüfatı naziri Yuri Tıt-ool öz mənzilində yaralı vəziyyətdə tapılıb.

    Onun yanında həyat yoldaşının meyiti aşkar olunub. Qadının üzərində zorakılıq əlamətləri olub.

    Yaralı reanimasiyaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma başladılıb.

    Tıt-ool 2015-2016-cı illərdə Kənd Təsərrüfatı və Qida naziri vəzifəsində çalışıb. 2019-cu ildə dələduzluğa görə ümumi rejimli koloniyada 4 il həbs cəzasına məhkum edilib.

    Mənbə: “RİA Novosti”
    PAYLAŞ:

    Oxşar xəbərlər