Ağstafada 2 qardaş bıçaqlanıb, onlardan biri ölüb, digəri ağır vəziyyətdədir

Ağstafada 2 qardaş bıçaqlanıb, onlardan biri ölüb, digəri ağır vəziyyətdədir
  • Hadisə

  • Ağstafada törədilmiş ağır cinayətin bəzi təfərrüatları məlum olub.

    LEQAL.AZ xəbər verir ki, rayonun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

    Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.

    Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

    02:50
    Ağstafa rayonunda bir nəfər mübahisə zəminində bıçaqlanaraq qətlə yetirilib, daha bir nəfər isə ağır xəsarət alıb.

    "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Köçəsgər kəndində baş verib.

    Belə ki, bıçaq xəsarətləri alan iki nəfərdən biri hadisə yerində ölüb. Daha bir nəfər - 1971-ci il təvəllüdlü Müşfiq Əmirxan oğlu Zeynalov bir neçə bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Digər şəxsin kimliyi araşdırılır.

    Hadisənin təfərrüatları hələ məlum deyil.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    02:36
    Ağstafa rayonunda qətl hadisəsi olub.

    "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Köçəsgər kəndində qeydə alınıb. Belə ki, bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Hadisənin təfərrüatları hələ məlum deyil.

    Faktla bağlı araşdırmalara başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər