LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, İtaliyada son sutka ərzində koronavirusa yeni yoluxma hallarında rekord qeydə alınıb.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Ölkədə son sutkada 24991 yeni yoluxma aşkarlanıb. Sutka ərzində ölənlərin sayı isə 205-ə bərabər olub.
Xatırladaq ki, İtaliyada ümumi yoluxma sayı 589766, sağalanların 275404, ölənlərin sayı isə 37905-dir.