Latviyada COVID-19 infeksiyasına görə gündəlik test sayı 8 minə çatdırılacaq

Latviyada COVID-19 infeksiyasına görə gündəlik test sayı 8 minə çatdırılacaq
  • Dünya

  • Latviya hökuməti COVID-19 infeksiyasına görə test imkanlarını 60 faiz artırmaq və 7-12 sinif şagirdləri üçün distant təhsilin müddətini uzatmaq barədə qərar qəbul edib.

    LEQAL.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Latviyanın baş naziri Krişyanis Karinş söyləyib.

    Bildirilib ki, hökumət bu həftənin sonuna qədər COVID-19 infeksiyasına görə test imkanlarını 60 faiz (günə 8000-ə qədər test) artırmaq barədə qərar qəbul edib və gələcəkdə də koronavirus infeksiyasına görə test imkanlarının artırılması planlaşdırılır.

    Baş nazir bildirib ki, bundan başqa hökumət 7-12 sinif şagirdləri üçün distant təhsilin müddətini 15 noyabr tarixinədək uzadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər