LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Bolqarıstanda koronavirus yoluxmalarının sayı artmaqda davam edir. Son 24 saat ərzində 2243 nəfər virusa yoluxub. Ümumi yoluxanların sayı 40 min 132 nəfərdir. Hazırda xəstəxanada 2130 nəfər, reanimasiya bölməsində isə 149 nəfər yerləşir. Sağalanların sayı 18 min 650, ölənlərin sayı isə 1136 nəfərdir. Qeyd edək ki, Bolqarıstan hökuməti vətəndaşları məsafə saxlamağa, sanitar normalara riayət etməyə çağırır.
Bolqarıstanda koronavirus xəstəliyi kəskin artır