Avropada koronavirus epidemiyasından ən çox təsirlənən Böyük Britaniyada virusa yoluxanların sayı artmaqda davam edir.
LEQAL.AZ Azərtac-a istinadən xəbər verir ki, ötən gün Krallıqda daha 20 min 530 nəfər virusa yoluxub, 224 nəfər isə həyatını itirib.
Virusa yoluxma hallarının qarşısını almaq üçün hökumət tərəfindən mərhələli şəkildə karantin tədbirləri həyata keçirilir. Bir neçə bölgədə sərtləşdirilmiş karantin qaydaları tətbiq olunur.
Lakin bəzi şəhərlərdə karantin qaydalarının sərtləşdirilməsinə qarşı etiraz aksiyaları keçirilib. Londonda Bakinqam Sarayının qarşısında toplanan aksiyaçılar Trafalgar Meydanına doğru yürüş edib. Polislə aralarında qarşıdurma yaranan aksiyaçılardan 18 nəfər həbs edilib.