Yunanıstanın sabiq naziri suda boğulub

Yunanıstanın sabiq naziri suda boğulub
  • Dünya

  • Yunanıstanın keçmiş İctimai asayiş naziri 77 yaşlı Sifis Valirakis suda boğulub.

    LEQAL.AZ xəbər verir ki, bu barədə “Skai” telekanalı məlumat yayıb.

    Məlumata görə, o, Evbeya adasında, şəhərkənarı evinin olduğu Eretriya şəhərciyi yaxınlığında rezin qayıqda gəzintiyə çıxıb, lakin uzun müddət evə qayıtmayıb.

    Mühafizə xidmətinin əməkdaşları axtarış nəticəsində onun mindiyi qayığı tapıblar. Daha sonra sabiq nazirin özünün meyiti aşkarlanıb.

    İlkin versiyaya görə, nazir qayıqdan sürüşərək suya düşüb və ya vəziyyəti pisləşib.(oxu.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər