Türkiyə şirkəti Dnepr çayı üzərində yeni körpü inşa edəcək

Türkiyə şirkəti Dnepr çayı üzərində yeni körpü inşa edəcək
  • Dünya

  • Türkiyənin “Doğuş İnşaat ve Ticaret A.Ş.” şirkəti Ukraynada Kremençuk körpüsünün tikintisi üzrə hərracın qalibi olub.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Ukrayna Avtomobil Yolları Dövlət Agentliyi (“Ukravtodor”) məlumat yayıb.

    “Layihələndirmədə həm müasir qlobal yanaşmaları, həm inşaat sahəsini, həm də yerli istehsalçıların tələbatını nəzərə alan Kremençuk körpüsü nümunəvi layihə olmalıdır. Körpünün inşasında əsasən (95 faiz) Ukraynada istehsal edilən materiallardan istifadə olunacaq”, - deyə “Ukravtodor”un rəhbəri Aleksandr Kubrakov bildirib.

    PAYLAŞ:

    Oxşar xəbərlər