İran və ABŞ nümayəndə heyətləri arasında Pakistan vasitəçilərinin iştirakı ilə İslamabadda keçirilən danışıqların üçüncü raundu başa çatıb.
"Leqal" xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər qaldırılan məsələlərin yekunları üzrə yazılı protokollar mübadiləsi aparırlar.
"Görüşlər 14 saatdan sonra başa çatıb. Mövcud fikir ayrılıqlarına baxmayaraq, danışıqlar davam etdiriləcək", - məlumatda deyilir.