İran dünya ikincisi olan qaz müəssisəsini vurdu

İran dünya ikincisi olan qaz müəssisəsini vurdu
  • Dünya

  • İran raketləri dünyanın ikinci ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixrac müəssisəsinin yerləşdiyi Ras Laffan Sənaye Şəhərinə ciddi ziyan vurub.

    Bu barədə xarici KİV yazıb. 

    Qətərin dövlət neft nəhəngi olan "Qatar Energy" yaranan yanğınların qarşısını almaq üçün təcili yardım qrupları cəlb edib. Məlumata görə, ölən olmayıb. 

    Qətər XİN hücumu təhlükəli eskalasiya, dövlət suverenliyinin kobud şəkildə pozulması və milli təhlükəsizliyinə və regional sabitliyə birbaşa təhdid kimi pisləyib.

    Nazirliyin açıqlamasında bildirilir ki, Qətər beynəlxalq hüquqla təmin edilən özünümüdafiə hüququna uyğun olaraq cavab vermək hüququnu özündə saxlayır.

    Ağarza Elçinoğlu
    PAYLAŞ:

    Oxşar xəbərlər