Ukrayna: Rusiyaya ərazi güzəştinə getməyəcəyik

Ukrayna: Rusiyaya ərazi güzəştinə getməyəcəyik
  • Dünya

  • Rusiyanın heç bir ölkə kimi Ukraynanın NATO-ya üzv olmaq seçiminə veto qoymaq hüququ yoxdur və olmayacaq.

    Leqal.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

    “Bəli, ola bilər ki, hazırda ölkənin NATO-ya üzvlüyü ilə bağlı konsensusa malik deyilik, amma buna nail olmaq üçün fəal işləməyə davam edəcəyik. Rusiyanın heç bir ölkə kimi seçimimizə veto qoymaq hüququ yoxdur və olmayacaq”, - nazir vurğulayıb.

    Sibiqa qeyd edib ki, Ukrayna qeyd-şərtsiz atəşi dayandırmağa hazırdır:

    “Rusiya hazır deyil və müharibəyə can atır. Ukrayna nəyin bahasına olur-olsun, qondarma sülhə getməyəcək. Ölkənin sülh şərtləri ilə bağlı prinsipial mövqeləri aydın və dəyişməz olaraq qalır. Birincisi, müvəqqəti işğal olunmuş heç bir ərazini Rusiya ərazisi kimi tanımayacağıq. İkincisi, Ukrayna silahlı qüvvələri ilə bağlı heç bir məhdudiyyətlə razılaşmayacağıq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər