Tayvanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Leqal.az xəbər verir ki, zəlzələdən sonra yaradılan Təcili Yardım Mərkəzinin verdiyi açıqlamaya görə, axtarış-xilasetmə qrupları Hualien şəhərinin şimalındakı Taroko Milli Parkında daha bir nəfərin cəsədini tapıb.
Şəxsiyyət vəsiqəsindən onun 21 yaşlı Hu soyadlı qadın olduğu müəyyənləşib.
Beləliklə, ölənlərin sayı 13-ə yüksəlib.
Rəsmi məlumatlara görə, indiyədək zəlzələ nəticəsində 1145 nəfər xəsarət alıb.