İranda polis məntəqələrinə hücum

İranda polis məntəqələrinə hücum
  • Dünya

  • İranın Sistan və Bəlucistan əyalətinin Çabahar və Rask şəhərlərində polis məntəqələrinə silahlı hücum olub.

    Bu barədə əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Mərhəməti “Jamaran” agentliyinə bildirib.

    “Axşam saat 22 radələrində terrorçular Çabaharda bir neçə polis bölməsinə hücum ediblər. Təhlükəsizlik qüvvələrimizin və hüquq-mühafizə orqanlarının köməyi ilə onların hücumu dəf edilib, onlardan bəziləri ölüb və ya yaralanıb. Təəssüf ki, üç döyüşçümüz həlak olub”, - deyə Mərhəməti bildirib.

    Qeyd olunub ki, Ruskda polis bölməsinə daxil olmaq cəhdinin qarşısı alınıb.
    İran rəsmilərinin bildirdiyinə görə, əsasən Əfqanıstan və Pakistanla zəif mühafizə olunan sərhədin yerləşdiyi İranın cənub-şərqində fəaliyyət göstərən islamçı yaraqlı təşkilat olan “Ceyş əl-Adl” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər