“İrəvanın “Zvarnots” aeroportundan rusiyalı sərhədçilərin çıxarılması məsələsi artıq həll olunub”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, rusiyalı sərhədçilər avqustun 1-nə qədər hava limanını tərk edəcəklər.
O bildirib ki, İrəvan və Moskva artıq bu məsələni müzakirə etmirlər: “İrəvanın yaxın zamanlarda rusiyalı sərhədçilərin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsini həll edəcəyinə dair yayılan məlumatlara gəldikdə isə, deyə bilərəm ki, bu məsələ də Moskva ilə müzakirə edilmir”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl mətbuat konfransında bildirib ki, erməni sərhədçilər avqustun 1-dən etibarən “Zvarnots” hava limanında xidmətə başlayacaqlar.