“Biz bu yay İraqla sərhədin təhlükəsizliyini tam təmin edəcəyik. Suriyada yarımçıq qalan işimizi tamamlayacağıq”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsgərlərlə iftar yeməyində bildirib.
Onun sözlərinə görə, terror təşkilatlarına qarşı mübarizə davamlı şəkildə aparılacaq.
“Biz ölmək, yox olmaq ərəfəsində olan bu müqaviləli qatil dəstələrinin yenidən çiçəklənməsinə və millətin başına bəla olmasına imkan verməyəcəyik”, - deyə o bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə son illər müdafiə sənayesi sahəsində böyük uğurlar əldə edib.
“Hazırda hədəf insansız sualtı qayıqlar hazırlamaqdır”, - deyə Ərdoğan vurğulayıb.
Mənbə: iha.com