
ABŞ İraq ərazisinə hava zərbələri endirməyə başlayıb.
Leqal.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, hədəflər İraqın qərbində, Suriya sərhədinə yaxın Əl-Qaim kəndi yaxınlığındakı İraq silahlı qruplarının qərargahları olub.
***
Mənbənin məlumatına görə, aviazərbələr nəticəsində azı 13 nəfər həlak olub.
20-yə yaxın yaralının olduğu bildirilir.//qafqazinfo