"Ukrayna daha çox əraziləri qaytarmağa hazırdır".
Leqal.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Ramşteyn aviabazasındakı görüşdən sonra deyib.
Onun sözlərinə görə, müttəfiqlər əsas diqqətlərini Ukraynanın “Rusiyanın əsassız işğalı üzərində qələbə qazanmasına” yönəldiblər.
"Mən əminəm ki, indi onlar daha çox torpaqları azad edə biləcəklər", - Stoltenberq bildirib.