Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunun yaşayış məntəqələrini atəşə tutublar.
Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda bildirib.
“Düşmən Kupyansk rayonunun mülki əhalisinə yenidən zərbə endirir. Ölənlər və yaralananlar var”, - O. Sinequbov qeyd edib.
Dvoriçna şəhər tipli qəsəbəsinin atəşə tutulması sonucunda 65 və 34 yaşlı 2 kişi ölüb.
“Bundan başqa, Podolı kəndində 65 yaşlı qadın yaralanıb”, - o əlavə edib.