“NATO regionda təhlükəsizliyin yeganə effektiv təminatına çevrilib”

“NATO regionda təhlükəsizliyin yeganə effektiv təminatına çevrilib”
  • Dünya

  • Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumu qarşısında NATO-nun regionda təhlükəsizliyin yeganə effektiv təminatına çevrildiyini bildirib.

    Leqal.az  xəbər verir ki, Zelenski bu haqda sosial media hesabında açıqlama verib.

    Finlandiyanı NATO-ya üzv olması münasibəti ilə təbrik edən Zelenski, “Rusiyanın təcavüzü qarşısında alyans regionda təhlükəsizliyin yeganə təsirli qarantına çevrilib”, - deyib.

    Zelenski həmçinin NATO-nun 11-12 iyulda keçiriləcək Vilnüs sammitinin Ukraynanı Avro-Atlantik hədəfinə yaxınlaşdıracağına ümid etdiyini bildirib./qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər