Fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlər nəticəsində dağılan və ya inşaat qaydalarının pozulduğu təsbit edilən binalarla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalarda 1068 şübhəlinin məsuliyyəti müəyyən edilib.
Saxlanılanların 269-u həbs edilib, 320 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib. Bundan başqa, 228 şübhəli barəsində həbs, 106 nəfər barəsində isə saxlanılma qərarı verilib.
Şübhəlilərdən 43-nün həyatda olmadığı, 14 şübhəlinin isə xaricdə olduğu müəyyən edilib.
Həmçinin, 86 şübhəli ifadələri alındıqdan sonra sərbəst buraxılıb./oxu.az