Yaponiya zəlzələdən zərər çəkən Türkiyəyə hərbçilər göndərir

Yaponiya zəlzələdən zərər çəkən Türkiyəyə hərbçilər göndərir
  • Dünya

  • Yaponiya Özünümüdafiə Qüvvələri Türkiyədə dağıdıcı zəlzələlərin nəticələrinə yardım etmək üçün bu ölkəyə yola düşüb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə “TBS” məlumat yayıb.

    Ümumilikdə 120-yə yaxın hərbçi Türkiyəyə göndərilib.

    Adətən Yaponiyanın Baş nazirinin istifadə etdiyi “Boeing 777” təyyarəsi ölkənin Özünümüdafiə Qüvvələrinin bir hissəsini, əlavə humanitar yardım və axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün lazım olan ləvazimatlarla birlikdə Türkiyəyə uçub.

    Türkiyədə Yaponiya Müdafiə Nazirliyi təbii fəlakətin nəticələrinin aradan qaldırılması və təhlili üçün artıq məntəqə yaradılıb.

    Bundan əvvəl Yaponiya Türkiyənin zəlzələ bölgəsinə 70-ə yaxın xilasedici, eləcə də humanitar yardımla dolu bir neçə təyyarə göndərib.

    Həmçinin zəlzələ nəticəsində mindən çox insanın öldüyü Suriyaya da Yaponiya hökuməti humanitar yardım göndərib./apa
    PAYLAŞ:

    Oxşar xəbərlər