“Kurtlar vadisi”nin aktyoru vəfat etdi

“Kurtlar vadisi”nin aktyoru vəfat etdi
  • Dünya

  • Türkiyənin məşhur “Kurtlar vadisi” serialında “Bedir” obrazını canlandıran aktyor Levent Günər vəfat edib.

    Bu haqda türkiyəli aktyor Zəfər Algöz tviterdə paylaşım edib.

    O, aktyorun infarktdan dünyasını dəyişdiyini bildirib.

    Xatırladaq ki, o, "Kurtlar vadisi" serialında "Ağa, bu adam böyle yas tutacak biri değil. En son yas tuttuğu gece altı babayı öldürmüş", "Sana ağa dedik, büyük bildik. Bir bildiyi vardır dedik. Emir almadan iş yapmaz dedik, bizi aleme madara etmez dedik. Sen bizi kepaze ettin" kimi replikaları ilə yadda qalıb. 

    Qeyd edək ki, 58 yaşlı aktyor “Böcek”, “Aylaklar”, “Dudaktan Kalbe” , “Amok Koşucusu”, “Acayip Hikayeler”, “Reaksiyon”, “Kaybolan Yıllar”, “Bu Sevda Bitmez” və “Pilli Bebek” kimi bir çox film və seriallarda rol alıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər