Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra vurğulayıb ki, Rusiya ilə dialoq yalnız işğalçı qüvvələrin Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkün olacaq.
O, bu barədə avqustun 18-də Lvovda keçirilən görüşdən sonra birgə mətbuat konfransında bildirib.
Eyni zamanda, Türkiyə Prezidentinin dediyi kimi, görüşdən sonra həm Zelenski, həm də Quterreş Ukraynadakı müharibənin danışıqlar masası arxasında dayandırılması ilə bağlı razılığa gəliblər./oxu.az
www.leqal.az