İrəvanda partlayışda ölənlərin sayı artdı

İrəvanda partlayışda ölənlərin sayı artdı
  • Dünya

  • İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

    LEQAL.AZ  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.

    Onun sözlərinə görə, dağıntılar altından kişi meyiti çıxarılıb:

    “Hazırda yeddi ölü var. Axtarış-xilasetmə işləri davam edir”.

    ***

    Dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb. Son məlumatlara görə, hadisə nəticəsində 8 nəfər ölüb, 61 nəfər yaralanıb. Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış atəşfəşanlıq mağazasında baş verib.

    ***

    İrəvanda ticarət mərkəzində baş verən partlayışda ölənlərin sayı 10 nəfərə çatıb.

    ***

    Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər İrəvandakı ticarət mərkəzinin dağıntıları altından biri uşaq olmaqla, daha 5 nəfərin meyitini tapıblar.

    Ümumilikdə həlak olanları sayı 15-ə çatıb./qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər