“Əl-Qaidə” lideri öldürüldü

“Əl-Qaidə” lideri öldürüldü
  • Dünya

  • “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.

    Bunu açıqlamasında ABŞ Prezidenti Co Bayden təsdiqləyib.

    Adının çəkilməsini istəməyən Bayden administrasiyasının yüksək rütbəli rəsmisi isə ABŞ kəşfiyyatı tərəfindən Ayman əl-Zəvahirin yerinin bu ilin əvvəlində müəyyən edildiyini bildirib. Onun sözlərinə görə, aylarla onun hərəkətləri izlənilib və ailəsi ilə birlikdə Kabildə təhlükəsiz evdə yaşadığı müəyyən edilib.

    “Əl-Zəvahirinin ailə üzvləri zərbə zamanı evin digər hissələrində olub və məqsədli şəkildə hədəfə alınmayıb və silahsız olublar. Bu zərbədə mülki əhalinin zərər çəkdiyinə dair heç bir əlamətimiz yoxdur”, - deyə rəsmi əlavə edib.

    Qeyd edək ki, 71 yaşlı Ayman Əl-Zəvahiri ABŞ-da törədilən 11 sentyabr terror aktının təşkilatçısı olaraq bilinirdi. O, Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi./Qafqazinfo

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər