İspaniyada istidən ölənlərin sayı iki mini ötüb

İspaniyada istidən ölənlərin sayı iki mini ötüb
  • Dünya

  • İyul ayında İspaniyada qeydə alınan rekord istilər 2064 nəfərin ölümünə səbəb olub.

    Bu barədə III Karlos Səhiyyə İnstitutu məlumat yayıb.

    Bildirilib ki, ölənlərin 1321 nəfəri 85 yaşdan yuxarı, 470 nəfəri 75-84 yaş aralığındadır.

    Eyni zamanda, 176 nəfər 65-74 yaş, daha 83 nəfər isə 45-64 yaş aralığında olub.

    Bundan əlavə, 14 yaşa qədər 10 uşaq dünyasını dəyişib.

    Qeyd olunub ki, ötən illə müqayisədə ölüm halları 4 dəfə çoxalıb./oxu.az

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər