İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mühəndisi Səid Tamardar Mutlak öldürülüb.
Leqal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. Bildirilir ki, raket mühəndisi bir neçə gün əvvəl İranın cənubunda – Şirazda ölüb.
Nəşr qeyd edir ki, İran rəsmiləri Mutlakın ölüm xəbərinin yayılmasını istəməyib, mühəndisin ailəsinə xəbəri paylaşmamaqla bağlı xəbərdarlıq edilib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani sosial şəbəkədə paylaşımında bildirib: “Elmi şücaətimizin qəhrəmanlarının qorxaqcasına öldürülməsi pərdəarxası terrorçuların məqsədlərinə çatmasına kömək etmədi”.
www.leqal.az