Əli Xameneinin müşaviri Azərbaycana qarşı ittihamlar səsləndirib

Əli Xameneinin müşaviri Azərbaycana qarşı ittihamlar səsləndirib
  • Dünya

  • İranın ali lideri Əli Xameneinin ali müşaviri Əli Əkbər Vilayəti Azərbaycan - İsrail əlaqələrini tənqid edib.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, o, bu barədə “Təsnim” xəbər agentliyinə açıqlamasında danışıb.

    “Bizim onlarla yolumuzun ayrılmasının səbəbi Azərbaycanın İsraillə olan əlaqələridir”, - deyə Vilayəti bildirib.

    O, Bakıyla xoş niyyətli münasibətdə olmaq istədiklərini iddia etsə də, buna görə şərt qoyub.

    “Biz müsəlman ölkələrinin İsraillə münasibət qurmalarını qəbul edə bilmərik. İsraillə əlaqədə olan ölkə bir o qədər də bizdən uzaq sayılır”, - deyə Əli Xameneyinin müşaviri qeyd edib.

    Qeyd edək ki, bundan öncə də İran rəsmilərinin çox sayda oxşar bəyanatları səslənib, onlar Azərbaycanla İsrail münasibətlərinin yaxınlığından narahatlıqlarını ifadə ediblər.

    Yeri gəlmişkən onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev İsraillə əlaqələrə görə səsləndirilən bəyanatlara cavab olaraq başqalarına dövlətin daxili və xarici işlərinə qarışmasına imkan verilməyəcəyini bəyan edib./oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər