Zelenski: “Rusiya Ukraynaya 2 014 raket atıb”

Zelenski: “Rusiya Ukraynaya 2 014 raket atıb”
  • Dünya

  • Genişmiqyaslı işğalın başlanğıcından bəri Rusiya qoşunları Ukrayna ərazisinə 2 014 raket atıb.

    Leqal.Az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

    O, qeyd edib ki, Rusiyanın döyüş təyyarələri Ukrayna ərazisinə 2 682 dəfə uçub

    Zelenski deyib ki, Böyük Britaniyanın Baş naziri Boris Consonun mayın 3-də Ali Radada çıxış etdiyi gün Rusiya ordusu Ukraynaya 15 raket zərbəsi endirib.

    “Ümumilikdə, bu müharibə zamanı Rusiya ordusu Ukraynaya qarşı artıq 2 014 raketdən istifadə edib, Rusiya döyüş təyyarələrinin səmamızda 2 682 çıxışı qeydə alınıb. Bu gəlişlərin hər biri xalqımızın ölümüdür, bu, infrastrukturumuzun məhvidir", - Prezident əlavə edib. /report
    PAYLAŞ:

    Oxşar xəbərlər