Putinin məşhur masası yenidən gündəmdə - Qiyməti açıqlandı

Putinin məşhur masası yenidən gündəmdə - Qiyməti açıqlandı
  • Dünya

  • Qərb ölkələrinin sanksiyalarından sonra bir müddətdir görünməyən Rusiya lideri Vladimir Putinin məşhur masası BMT baş katibi Antonio Quterreşin Moskvaya səfəri ilə yenidən gündəmə gəlib.

    İngiltərə mətbuatı məşhur masanın qiymətini də açıqlayıb.

    Putinin dünya liderlərini qonaq etdiyi 2.5 metr uzunluğundakı masanın palıd ağacından hazırlandığı və unikal olduğu bildirilib. Masanın bugünkü dəyərinin isə 106 min dollar olduğu bildirilib.

    Rusiya-Ukrayna müharibəsindən əvvəl Fransa Prezidenti Emmanuel Makron Kremldə Putinlə görüşmüşdü. Putinin Makronu uzun masa arxasında qəbul etməsi gündəmə çevrilmişdi.

    Putin bir neçə gün sonra Almaniya Kansleri Olaf Şolzla da eyni masa arxasında görüşmüşdü./Teleqraf/

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər