Ermənistanda koronavirusa yoluxanların sayı yenidən kəskin şəkildə artıb.
Son sutka ərzində ölkədə daha 2 min 476 nəfərdə koronavirus aşkarlanıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.
Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 104 min 249-a yüksəlib.
Ölkədə koronavirusdan ölənlərin sayı daha 27 fakt artaraq 1533-ə çatıb.
Hazırda Ermənistanda 39055 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının və ölüm sayına görə, Ermənistan MDB məkanında birinci, ölüm sayına görə, dünyada 5-ci yerdədir.