Estoniya və Bolqarıstan Rusiya gəmiləri üçün limanlarını bağladı

Estoniya və Bolqarıstan Rusiya gəmiləri üçün limanlarını bağladı
  • Dünya

  • Estoniya və Bolqarıstan Rusiya gəmilərinin öz dəniz və çay limanlarına daxil olmasını qadağan edib.

    Sənədə əsasən 16 aprel 2022-ci il saat 00:00-dan etibarən Rusiya Federasiyasının bayrağı altında qeydiyyatdan keçmiş bütün gəmilər üçün adıçəkilən ölkələrin dəniz və çay limanlarına giriş bağlanıb.

    Məhdudiyyət 24 fevral 2022-ci il tarixindən sonra Rusiya bayrağını və ya qeydiyyatını başqa ölkəyə dəyişən gəmilərə də şamil edilir.

    Qeyd olunub ki, qadağa Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla bağlı Aİ-nin məhdudlaşdırıcı tədbirlər haqqında Əsasnaməsinə edilən dəyişikliklər əsasında tətbiq edilib./oxu.az/

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər