Məhv edilən “Moskva” kreyserində nüvə başlıqlarının olması ehtimalı irəli sürülüb

Məhv edilən “Moskva” kreyserində nüvə başlıqlarının olması ehtimalı irəli sürülüb
  • Dünya

  • Ukrayna ordusu tərəfindən sıradan çıxarılmış Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” kreyserində nüvə başlıqlarının olması ehtimalı var.

    Bu ehtimalla mütəxəssislər, o cümlədən hərbi konstruktorlar çıxış edib.

    Qeyd olunur ki, kreyser 16 ədəd “P-1000” gəmi əleyhinə raketlərlə, 350 kiloqramlıq nüvə başlığı və ya adi 500 kiloqramlıq yüksək partlayıcı-kumulyativ döyüş başlığı ilə təchiz oluna bilər.

    Mütəxəssislər həmçinin qeyd edir ki, kreyser digər nüvə silahlarını da daşıya bilər.

    Buna misal olaraq “S-300”ün dəniz versiyası hesab olunan “Fort” zenit raket kompeksindən söhbət gedir.

    Qeyd edək ki, ötən gün Ukrayna ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Rusiya hərbi donanmasına məxsus “Moskva” kreyseri sıradan çıxarılıb.

    Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, “Moskva” raket kreyserinin atəşə tutulması nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib, ekipaj tamamilə təxliyə edilib.oxu.az

    Mənbə: Unian
    PAYLAŞ:

    Oxşar xəbərlər