Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 46-cı günündə hərbi əməliyyatlardan zərər çəkmiş Ukrayna şəhərlərinin yeni fotolarını paylaşıb.
“Nifrət məğlub olmalıdır. Azadlıq qalib gəlməlidir. Əvvəlcə Ukraynada, sonra hər yerdə, tiraniyanın hələ də başını qaldırmağa çalışdığı yerdə”, - siyasətçi öz “Facebook” hesabında paylaşdığı fotolara şərh olaraq yazıb.
Ukrayna Prezidenti paylaşımında şəkilləri öz fotoaparatlarının obyektivinin yaddaşına köçürmüş fotoqrafların adlarını da əlavə etməyi unutmayıb.