“Rusiya ordusu Ukraynanın Jitomir regionundan tam geri oturdulub. Jitomir tam azad edilib”.
Bu barədə Jitomir Regional Dövlət Administrasiyasının rəhbəri Vitali Buneçko öz “Telegram” kanalında məlumat yayıb.
Vitali Buneçko əlavə edib ki, Rusiya qoşunları geri çəkilərkən əraziləri minalayıb.
“Müharibə hələ bitməyib” - Vitali Buneçko qeyd edib.