Polşa Prezidenti Andjey Duda xərçəng xəstəliyinə tutulmuş ukraynalı uşaqları şəxsi təyyarəsi ilə İtaliyaya aparıb. Onlar Romadakı xəstəxanaların birində müalicə olunacaqlar.
Bu barədə o, “Facebook” hesabında qeyd edib.
Duda bildirib ki, uşaqlar arasında ən kiçiyi Rusiyanın Ukraynaya hücumundan iki ay əvvəl doğulmuş körpə Viktoriyadır.
Polşa Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri 2 milyondan çox ukraynalı qaçqını qəbul edib.