ABŞ Sovet istehsalı olan tankların Ukraynaya verilməsi prosesində vasitəçi qismində çıxış edəcək.
“Leqal.az” xəbər verir ki, bu barədə məlumatı ABŞ administrasiyasında olan mənbəyə istinadən “The New York Times” qəzeti yayıb.
Məlumata görə, bunda məqsəd Donbassda Ukrayna Silahlı Qüvvələrinin imkanlarının gücləndirilməsidir.
Qəzet yazır ki, ABŞ münaqişə zamanı ilk dəfə bu prosesdə vasitəçi olaraq iştirak edəcək və Sovet tanklarının Ukraynaya göndərilməsi tezliklə başlamalıdır.qafqazinfo
Bununla belə, qəzet Ukraynaya neçə ədəd texnika göndəriləcəyini, eləcə də Kiyevə tankların göndərilməsində hansı ölkələrin iştirak edəcəyini açıqlamayıb.