Şimali Makedoniya Rusiyanın beş diplomatının ölkədən çıxarılmasını tələb edib.
Rusiyanın Skopyedəki səfiri Sergey Bazdnikin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota verilib ki, Rusiya səfirliyinin beş əməkdaşının ölkədə olması arzuolunmazdır.
Ölkənin xarici siyasət idarəsindən bildirilib ki, rusiyalı diplomatlar “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyət göstərməkdə” şübhəli bilinirlər, onlar beş gün ərzində Şimali Makedoniyanı tərk etməli olacaqlar.
Şimali Makedoniya daha bir rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib. Bu barədə XİN rəhbəri Buyar Osmani brifinqdə bildirib. Xarici işlər naziri diplomatın kimliyi və qovulmasının səbəbləri ilə bağlı hər-hansı təfərrüat açıqlamayıb. Digər detallar barədə məlumat verilmir.
2021-ci ildə Şimali Makedoniya iki dəfə rusiyalı diplomatları ölkədən çıxarıb.
Mənbə: RBC