Ukraynanın 14 şəhərinin meri Rusiya ordusu tərəfindən əsir götürülüb

Ukraynanın 14 şəhərinin meri Rusiya ordusu tərəfindən əsir götürülüb
  • Dünya

  • Rusiya Silahlı Qüvvələri Ukraynanın 14 şəhərinin merini əsir götürüb.

    Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk məlumat verib.

    İrina Vereşçuk xatırladıb ki, Rusiya Federasiyası əsirlərin yalnız paritet şərtlərlə mübadiləsinə razılıq verib.

    “Rusiya bu məsələdə paritet tələb edir, deyirlər ki, sərhədçini sərhədçi ilə, matrosu matrosla dəyişək və sair. O zaman mənim məntiqli bir sualım var: Rusiya artıq 14 Ukrayna şəhərinin başçısını girov götürüb, onları kim ilə dəyişəcəyik? Hələlik biz bu problemi beynəlxalq səviyyədə həll edirik” - Ukrayna Baş nazirinin müavini vurğulayıb.oxu.az

    Mənbə: Segodnya
    PAYLAŞ:

    Oxşar xəbərlər