Kuleba Lavrovla yenidən görüşməyə hazırdır

Kuleba Lavrovla yenidən görüşməyə hazırdır
  • Dünya

  • Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyənin vasitəçiliyi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla yenidən görüşməyə hazırdır.

    “Leqal.az” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Dmitri Kuleba Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar zamanı türkiyəli həmkarı ona martın 16-da Moskvaya səfəri barədə məlumat verib. O, Ankaranın Rusiya və Ukrayna arasında vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb.

    "Dövlətimiz Türkiyənin Rusiya Federasiyasını silahlı təcavüzünü dayandırmağa və qoşunlarını Ukrayna ərazisindən çıxarmağa məcbur etmək üçün diplomatik səylərini yüksək qiymətləndirir. Əgər Rusiya konkret nəticələr naminə ciddi dialoq aparmaqda qərarlıdırsa, mən Ukrayna, Türkiyə və Rusiya xarici işlər nazirləri formatında dialoqu davam etdirməyə hazıram”, - Kuleba vurğulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər