Kuleba Lavrovla danışıqlar üçün Antalyaya gedib

Kuleba Lavrovla danışıqlar üçün Antalyaya gedib
  • Dünya

  • Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün Türkiyənin Antalya şəhərinə gedib.

    “Leqal.az”ın UNİAN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko feysbuk səhifəsində məlumat verib.

    “Dmitri Kuleba Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Ukraynaya qarşı hərbi əməliyyatların və müharibənin dayandırılması ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün Antalyaya gəlib”, - o sosial şəbəkədə yazıb.

    Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 10-da Antalyada keçiriləcək diplomatik forum çərçivəsində Türkiyə, Ukrayna və Rusiya xarici işlər nazirlikləri rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyini bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər