ABŞ-dan Çinə XƏBƏRDARLIQ

ABŞ-dan Çinə XƏBƏRDARLIQ
  • Dünya

  • ABŞ-ın ticarət naziri Cina Raimondo Çin şirkətlərini Rusiyaya qarşı sanksiyaları pozacaqları təqdirdə ABŞ-ın əsas texnologiyalarına giriş qadağası ilə hədələyib.

    O bildirib ki, Bayden administrasiyası SMIC və Çinin digər çip istehsalçılarının qabaqcıl çiplərin yaradılması üçün vacib olan ABŞ istehsalı alətlər və proqram təminatına çıxışını dayandıra bilər.
    Raimondonun sözlərinə görə, onlar bu materialı Rusiyaya verməməklə öz maraqlarını güdür.

    NYT-nin məlumatına görə, ABŞ Rusiya və Belarusda çiplərin ixracına qoyulan qadağanı pozan istənilən Çin şirkətini bağlaya bilər.

    Nəşr xatırladır ki, Ukraynaya müdaxilədən əvvəl Rusiya çiplərin çoxunu Çindən alırdı.

    Mənbə: The New York Times
    PAYLAŞ:

    Oxşar xəbərlər