Kuleba: “Dünyanın 52 ölkəsindən könüllülər Ukraynaya gəlir”

Kuleba: “Dünyanın 52 ölkəsindən könüllülər Ukraynaya gəlir”
  • Dünya

  • Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, Ukraynaya dünyanın 52 ölkəsindən könüllülər gəlir.

    O, bu barədə onlayn brifinq zamanı məlumat verib.

    Nazir vurğulayıb ki, bu gün bütün dünya Ukraynanın tərəfindədir.

    “Prezident Zelenski ukraynalılarla çiyin-çiyinə döyüşə bilən və döyüşmək istəyən xarici vətəndaşlara beynəlxalq legion sıralarına qoşulmaq imkanı yaradıb. Belə vətəndaşların müraciətləri üzərində iş aparılır. Dünyanın azad insanlarının səfərbər olunması istiqamətində işlər gedir. Bu, sadəcə heyrətamizdir. Bu gün dünyanın 52 ölkəsindən olan təcrübəli veteranlar və könüllülər Ukraynaya gəlir. Bu, onların arzularını ifadə edir. Biz onları işə götürməmişik, heç bir şəkildə stimullaşdırmırıq. Onlar könüllü şəkildə döyüşə hazırdırlar”, - deyə Kuleba vurğulayıb.

    O, həmçinin qeyd edib ki, Ukraynanın müdafiəsi üçün silaha sarılmağa hazır olan əcnəbilərin müraciətlərinin ümumi sayı 20 minə yaxınlaşır.

    Mənbə: “Unian”
    PAYLAŞ:

    Oxşar xəbərlər