“Ukraynanın NATO-ya qəbul olunması hərbi münaqişə zamanı onu dəstəkləməyə imkan verəcək və onlar Krıma da girəcəklər”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Getdikcə daha fəal danışmağa başladılar ki, Ukrayna NATO-ya qəbul ediləcək. Bilirsiniz, bu nəyə gətirib çıxara bilərdi? Bəlkə hələ də səbəb ola bilər? Əgər bu NATO ölkəsidirsə, təşkilatın yaradılması haqqında sazişə uyğun olaraq hərbi münaqişə baş verəcəyi halda alyansın bütün digər üzvləri bu ölkəni dəstəkləməlidir”, - deyə V.Putin qeyd edib. oxu.az
V.Putin həmçinin xatırladıb ki, Krımı heç kim Rusiyanın olaraq tanımır:
“Demək ki, onlar Donbasda hərbi əməliyyatlar aparacaqlar. Həm də Krıma girəcəklər. O zaman biz bütün NATO ilə döyüşməli olacağıq. Bu nə deməkdir? Nəticələri aydındır yoxsa yox? Düşünürəm ki, hər kəs üçün aydındır”.
Mənbə: RİA Novosti