Ukrayna prezidenti Volodimir Zelenski mətbuata açıqlamalarla çıxış edib.
O, jurnalistlər üçün təşkil etdiyi brifinqdə Qərb ölkələrini vaxtında bu faciənin qarşısını almamaqda günahlandırıb.
“Biz ailələrimizə görə, sevdiklərimizə görə, Ukraynanı itirməyimizə görə qorxuruq. Qərb və NATO-dan təhlükəsizlik təminatı istəyirik.
Biz savaşa girin demirik, savaşın qarşısını alın deyirik. Amma Qərb tərəfindən bir zəiflik gördük burada”, - deyə dövlət başçısı bildirib.
O, gec də olsa ölkəyə silah göndərən dövlətlərə təşəkkür etdiyini bildirib:
“Onların gecikməsi minlərlə ukraynalının həyatı bahasına başa gəldi”.
Dövlət başçısı xəbər darlıq edib ki, əgər məğlub olsalar, növbədə Baltikyanı ölkələr, Polşa, Gürcüstan və digərləri olacaq.