Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Twitter"dəki paylaşımı ilə diqqət çəkib.
"Leqal.az" xəbər verir ki, o, sosial şəbəkə hesabından Fransaya müharibə xəbərdarlığı edib.
"Bu gün bəzi Fransa nazirləri Rusiyaya iqtisadi müharibə elan etdiklərini söylədilər. Çıxışınıza diqqət edin, cənablar! Və unutmayın ki, bəşəriyyət tarixində iqtisadi müharibələr çox vaxt real müharibələrə çevrilib", - deyə o, bildirib. //Unikal