Rusiya və Ukrayna arasında danışıqlar bu şəhərdə aparılacaq

Rusiya və Ukrayna arasında danışıqlar bu şəhərdə aparılacaq
  • Dünya

  • Rusiya və Ukrayna arasında danışıqlar Belarusun Qomel şəhərində aparılacaq.

    “Leqal.az” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın nümayəndə heyətinə rəhbərlik edən ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski təsdiqləyib.

    “Sözün həqiqi mənasında saat 15:00 radələrində biz danışıqların təsdiqini aldıq, danışıqlar təklif etdiyimiz kimi Qomel vilayətində keçiriləcək”, - o, Rusiyanın Minskdəki səfirliyində bildirib. //Qafqazinfo

    Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün Minskdən Qomelə yola düşür.
    PAYLAŞ:

    Oxşar xəbərlər