Slovakiya hökuməti fövqəladə vəziyyət rejimi tətbiq edib.
Bu barədə Slovakiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Şənbə günü saat 12.00-dan etibarən Slovakiyada fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu, Ukraynadan çoxlu qaçqın axını ilə əlaqədardır. Bu tədbirin məqsədi qaçqınların Slovakiya ərazisində qalmasına şərait yaratmaqdır”, - deyə məlumatda qeyd edilir. //oxu.az
"LEQAL.AZ"