İzmirdə baş verən zəlzələdən sonra başlanan axtarış-xilasetmə işləri başa çatıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu məlumat yayıb.
Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 114 nəfər həlak olub, 1035 nəfər yaralanıb. Onlardan 137 nəfərin müalicəsi davam edir.
Axtarış-xilasetmə işlərində Türkiyənin müxtəlif bölgələrindən 7967 xilasedici, xüsusi təlim keçmiş 25 it və 1071 avtonəqliyyat vasitəsi iştirak edib.
Oktyabrın 30-da baş verən 6,6 bal gücündə zəlzələdən sonra bölgədə şiddəti 1-5,1 bal arasında olan 1713 afterşok qeydə alınıb.